Caspian European Club və Caspian Energy-nin eksklüziv partnyoru olan Caspian Energy Kazakhstan ilk CEO Lunch Aktau təşkil edib.
CEO Lunch Aktau-da təbrik nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədov Qazaxıstanda eyni vaxtda Azərbaycan Ticarət Evinin və Caspian Energy Kazakhstan-nın fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edib. Səfir bu iki təşkilatın fəaliyyətinin iki dost ölkə arasında iqtisadi və işgüzar münasibətləri daha da möhkəmlədəcəyindən əminliyini ifadə edib.
Sonra Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev informasiya-konsaltinq xidmətinin göstərilməsi və Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün müxtəlif növ biznes-forum, dəyirmi masa, treninq, seminar və CEO Lunch təşkili ilə məşğul olacaq Caspian Energy Kazakhstan-ın fəaliyyətinin təqdimatını keçirib. Eyni zamanda Caspian European Club-un 17 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verilib. Çıxışının sonunda Telman Əliyev bütün CEO Lunch Aktau iştirakçılarını Nursultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərə qatılmağa dəvət edib.
Mangistau vilayətinin akiminin müavini Nurlıbay Akkulov CEO Lunch Aktau iştirakçılarının diqqətinə Mangistau vilayətinin investisiya imkanları barədə ətraflı məlumat təqdim edib.
Aktau Dəniz Ticarət Limanının birinci vitse-prezidenti Mexta Nazban Behram Aktau Dəniz Ticarət Limanının fəaliyyəti və imkanları barədə danışıb, həmçinin CEO Lunch Aktau iştirakçılarını əməkdaşlığa dəvət edib.
Azərbaycan Ticarət Evinin Qazaxıstandakı baş direktoru Hüseyn Cəbrayılov Azərbaycan Ticarət Evinin Qazaxıstan Respublikasında açılmasını elan etdi və bildirdi ki, Ticarət Evinin nəinki Nur-Sultan şəhərində, həmçinin Kazaxstanın başqa şəhərlərində də filialları olacaq. “İlk belə filialı biz Aktau şəhərində açmağı planlaşdırırıq. Azərbaycan Ticarət Evinin Qazaxıstanda açılması iqtisadi əlaqələrin genişləndirilməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”-deyə Hüseyn Cəbrayılov qeyd etdi.
CEO Lunch işgüzar ünsiyyət üçün unikal platformadır.Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.
Hər ay Qazaxıstanın müxtəlif şəhər və regionlarında keçiriləcək CEO Lunch Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulmasında aparıcı vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndiliyi, həmçinin ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət