30 sentyabr tarixində DivanExpress Baku otelində kiçik və orta biznes sahibkarlarını öz ətrafında birləşdirən WE Club işgüzarlar klubunun Networking formatlı növbəti görüşü keçirilib.
Qısa müddət ərzində bu məkan özəl sektor və dövlət strukturlarının ənənəvi görüş yeri kimi özünü təsdiq edib. Burada iş adamları əməkdaşlıq üçün təzə fürsət tapmaq, təzə tanışlıqlar əldə etmək və onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə edirlər.
"WE Club-un görüşlərində müntəzəm olaraq iştirak edirəm və hər dəfə özüm üçün yeni bir şey tapıram", - "CHELEBİ" şirkətinin nümayəndəsi Madonna Alixan qeyd edib.
Yeri gəlmişkən, növbəti görüş iştirakçıları arasında sahibkarlar, dövlət qurumlarının,o cümlədən Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin nümayəndələri, deputatlar, xarici ölkələrin diaspor nümayəndələri də var idi.
Tədbiri lahiyənin rəhbəri İradə Zeynalova çıxışı ilə açıb. O qeyd edib ki, gələcəkdə klubun himayəsi altında keçirilən görüşlərin sayı çoxalacaq, onların effektivliyini artırmaq üçün tədbirlər görüləcəkdir. Klubun ilk regional toplantısının bu yaxınlarda Lənkəran şəhərində keçirildiyini vurğulayan Zeynalova, millət vəkili, WE Club-un fəxri üzvü Rüfət Quliyev cənablarına bu toplantının təşkilində roluna görə öz təşəkkürünü bildirərək ona klub üzvləri adından təşəkkürnamə təqdim etdi.
Rüfət Quliyev öz növbəsində, yaxın zamanda klub üzvülərinə İmişli şəhərində daha bir regional toplantının keçirilməsini təklif etdi və iş adamlarını bu tədbirdə fəal iştirak etməyə çağırdı. Ümumiyyətlə, millət vəkili Azərbaycanda sahibkarlıqdan danışarkən qeyd etdi ki, son illər ölkə rəhbərliyi kiçik və orta sahibkarlığın inkişafına, biznes-mühitin yaxşılaşdırılmasına böyük diqqət ayırır, və bu beynəlxalq maliyyə quurumlarının hesabatlarında da öz əksini tapır. Deputat iş adamlarını daha fəal olmağa və məqsədlərinə doğru əzmlə irəliləməyə çağırdı.
Bundan sonra tədbir çərçivəsində kouç və psixoloq Təbriz Hacınskinin iştirakı ilə seminar keçirilib. Ən fəal iştirakçılar onun kitablarını hədiyyə olaraq aldılar.
Növbəti tədbir, “Damla” xeyriyyə cəmiyətinin təşkil etdiyi hərrac oldu. Əlillər və aztəminatlı ailələrin üzvləri tərəfindən hazırlanmış rəsm və digər sənət əsərləri hərraca çıxarıldı. Hərracdan yığılan məbləğin aztəminatlı ailələrə çatdırılacağı və bu haqda əlavə məlumatın veriləcəyi vurğulandı.
Daha sonra görüş iştirakçıları WE Club-un təşkil etdiyi lotereyada iştirak etdilər və CHELEBİ-dən hədiyyələr qazandılar.
Görüş NAXÇIVAN şərabının təqdimatı ilə başa çatdı.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət