Azərbaycan Gürcüstanla sərhəddə Ağstafa rayonda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunu əhatə edən yeni “Keşikçi qala” sərhəd zastavası kompleksini istifadəyə verib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Ağstafa rayon İcra Hakimiyyətinin başcısı iştirak ediblər.
Quliyev çıxışında dövlət başçısı tərəfindən DSX-nin üzərinə qoyulan milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsini qeyd edib.
Quliyev Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafını xüsusi vurğulayıb.
Zastava müasir tələblərə cavab verən ən zəruri avadanlıqla təchiz olunub. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavası “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər 1996-cı ildən aparılır. Bu proses çərçivəsində tərəflər dövlət sərhədinin 480 km-lik hissəsinin 314 km-ni razılaşdırıblar.
Komissiyanın sonuncu iclası cari il mayın sonunda Bakıda keçirilib.
2019-cu il iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir edib.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
İyulun 15-də Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. XİN iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndirib.
İyulun 16-da xarici işlər nazirinin müavini X.Xələfov qeyd edib ki, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub.
O bildirib ki, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib.
"Keşikçidağ" monastır kompleksi Azərbaycan ərazisində yerləşir. Bununla belə, Gürcüstan ictimaiyyətinin nümayəndələri bu kompleksin onlara aid olduğunu iddia edir və daim hər iki ölkənin sərhədində müxtəlif insidentlər törədirlər.**
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət