Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Rusiya dünyanın ən iri ölkəsidir. Buna görə, əlbəttə ki, təkcə Asiya qitəsində deyil, həm də bütün qlobal dünyada Rusiyanın rolu çox böyükdür. Rusiyanın rolu böyüyür, həm potensialı, həm də gücü artır”, - Əliyev Rusiyanın “Birinci” televiziya kanalına müsahibəsində bildirib.
Eyni zamanda, prezident qeyd edib ki, dünya siyasətində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. “Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır”, - dövlət başçısı vurğulayıb.
Əliyev düşünür ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. “Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər”, - prezident əlavə edib.
O qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən Şərqlə Qərb arasında yerləşir. “Buna görə də biz həm Şərq ölkələrini birləşdirən beynəlxalq təşkilatlarda, həm də məsələn, Avropa Şurası kimi təşkilatda iştirak edirik. Təbii ki, coğrafiya geosiyasətə təsir edib və edir. Bu gün Azərbaycan özünün coğrafi vəziyyətindən istifadə edir. Hesab edirəm ki, bu gün biz həm humanitar sahədə, həm nəqliyyat sahəsində, həm də bütün digər sahələrdə Şərq və Qərb ölkələri arasında dialoq qurulmasında müəyyən rol oynayırıq”, - Əliyev bəyan edib.
Prezident müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətlərə də toxunub. “Bizim ikitərəfli münasibətlərimizə gəlincə, bunlar çox müsbətdir, çox yaxşı dinamikaya malikdir, həyatın bütün sahələrini əhatə edir və çox etibarlıdır. Mənim Prezident Vladimir Vladimiroviç Putinlə keçən il 4, bu il 2 şəxsi görüşüm olub. Bu görüşlər ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və həmçinin bizim regiondakı vəziyyətə müsbət təsir göstərir”, - Azərbaycan prezidenti bildirib. **
A.Əzizov
Azərbaycan oktyabrda Səudiyyə Ərəbistanı və BƏƏ-yə ixrac missiyası təşkil edəcək
Çin yanvar-fevral aylarında Azərbaycandan $7 milyona yaxın məbləğdə neft məhsulları alıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət