Qırğızıstan Nəqliyyat və Yollar Nazirliyi tranzit daşımalarına kvotanı artırmaq məsədilə Azərbaycan hökumətinə müraciət edib.
Qırğızıstanın nəqliyyat və yollar nazirinin müavini Jenişbek Noqoybayev Azərbaycan hökumətindən tranzit daşımalarına kvotanı artırmağı xahiş edib. Noqoybayev bazar ertəsi Bişkekdə keçirilən Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında bu təkliflə çıxış edib.
www.tazabek.kg saytının məlumatına görə, onun sözlərinə görə, bu gün Qırğızıstan tranzit daşımalarına dair 50 kvotaya malikdir.
“Bizə 50 kvota verilib, onlar tam istifadə olunub. Kvotanı artırmaq məqsədilə ölkənizə müraciət etdik. Oktyabrda Azərbayandan nəqliyyat sahəsində nümayəndə heyətini gözləyirik. Nümayəndə heyətinin səfəri zamanı daşımalara əlavə kvotaların əldə olunmasına icazənin təmin olunacağına ümid edirik”, - Noqoybayev bildirib.
Bundan başqa, Hökumətlərarası Komissiyanın iclası zamanı Qırğızıstanın iqtisadiyyat nazirinin ümavini Sultan Ahmatov kənd təsərrüfatı sahəsində birgə müəssisələr yaratmağı təklif edib.
Onun sözlərinə görə, Qırğızıstan Avrasiya İqtisadi Birliyinin üzvüdür, bu da beynəlxalq əməkdaşlıqda əlavə müsbət amildir.
Ahmatov həmçinin vurğulayıb ki, Qırğızıstanın tikiş məhsullarına Qazaxıstanda yüksək tələbat var və bu sahədə birgə müəssisə yaratmağı təklif edib.
O cümlədən, Qırğızıstan nümayəndələri sərmayələrdə maraqlı olduqlarını ifadə ediblər. Xüsusilə, İnvestisiyaların müdafiəsi Agentliyinin direktoru Adılbek Çunkarbek Qırğızıstanın investisiya imkanları barədə söz açıb. Onun sözlərinə görə, kənd təsərrüfatı və ASK məhsularının emalında vergi preferensiyaları varş “Qırğızıstanda xüsusi iqtisadi zonalar var ki, burada müəssisələr vergidən tam azad olunub, həmçinin burada gömrük rüsumları sahəsində böyük preferensiyalar var”, - agentliyin rəhbəri bildirib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət