Azərbaycanda 5G sisteminin tətbiqinə 2025-ci ilədək başlanılacaq. Bu barədə GSMA-nin “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” hesabatında deyilir.
“Regionda 5G şəbəkələrinin fəal şəkildə tətbiq edilməsi planlaşdırılır. Rusiyada ilk şəbəkələrin 2020-ci ilin sonunda istifadəyə verilməsi gözlənilir və 2025-ci ilə qədər Rusiya əhalisinin 80%-dən çoxunu əhatə edəcək. Azərbaycan, Belarus, Gürcüstan və Özbəkistan isə 5G xidmətlərini 2025-ci ilədək tətbiq etməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.
Hesabata əsasən, 2025-ci ildə Qazaxıstanda 5G şəbəkələrinə qoşulmaların payı 12% (5G şəbəkəsi 2021-ci ildə istifadəyə veriləcək), Özbəkistanda 2% (5G şəbəkəsi 2024-cü ildə istifadəyə veriləcək) təşkil edəcək. O vaxta qədər bütün ölkə ərazisində 5G şəbəkələrinə qoşulmaların sayı 48 mln. və ya onların ümumi sayının 19%-ni təşkil edəcək.
Ekspertlər qeyd ediblər ki, 5G sisteminin inkişafı istehlak sektorunda marketinq potensialına malikdir: Rusiyalı istehlakçıların 58%-i beşinci nəsil texnologiyalarının 4G ilə müqayisədə məlumatın ötürülmə sürətinin artmasını təmin edəcəyini gözləyir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət