Qazaxıstan hazırda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql etmək üçün böyük həcmdə neftə malik deyil, gələcəkdə bu boru kəməri ilə nəqlin həcmi ildə 1-4 mln. tona çata bilər. Bu barədə bu gün Bakıda jurnalistlərə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
"Qazaxıstan BTC ilə nəql etmək üçün hələ böyük həcmdə neft ehtiyatlarına malik deyil. Biz neft ehtiyatlarının artmasını üç yataqla əlaqələndiririk: Tengiz, Qaraçaqanaq, Kaşağan. 2022-2023-cü illərdə Tengiz yatağında neft hasilatının ildə 12-13 mln. ton artacağı gözlənilir", - deyə nazir qeyd edib.
O deyib ki, hazırda Qazaxıstandakı digər yataqlardan istifadə və bu yataqlardan çıxarılan neftin BTC ilə nəqli mümkünlüyü müzakirə olunur. Bu həcmlər ildə 1-4 mln. ton təşkil edə bilər.
"İndi tarif məsələləri nəzərdən keçirilir. Düşünürəm ki, bu ilin sonuna kimi nəticələr olacaq", - deyə K.Bozumbayev əlavə edib.
O, həmçinin vurğulayıb ki, neft qiymətlərinin aşağı olduğu şəraitdə neftin dünya bazarına ixracı üçün daha effektiv yollar axtarmaq lazımdır.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin 2010-cu ilin iyun ayından etibarən boru kəməri ilə Türkmənistan neftinin nəqlinə başlanılıb.
2018-ci ildə BTC ilə 33 mln. 827,1 min ton neft nəql olunub.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət