Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) kredit xidmətlərinin təkmilləşdirilməsi üzərində işləyir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə AMFA İdarə Heyətinin sədri Cəlal Əliyev məlumat verib.
"Hazırda mikromaliyyələşmə qarşısında duran əsas çağırışlar kreditlərin verilmə kanallarının təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onların dəyərinin azaldılmasıdır. Biz fəaliyyətimizi yaxşılaşdırmaq və rəqəmsal xidmət kanallarını inkişaf etdirmək üçün bu istiqamətdə müxtəlif strukturlarla işləyirik. Lakin bu məsələ hüquqi çərçivələrin təkmilləşdirilməsini tələb edir. Biz banklar kimi məsafədən, yəni ofisdə borcalanların fiziki iştirakı olmadan kredit verməyə çalışırıq. Düşünürəm ki, zəruri düzəlişlər qəbul edildikdən sonra vəziyyət xeyli yaxşılaşacaq”, - deyə o bildirib.
Azərbaycanın mikromaliyyə bazarındakı vəziyyətə toxunan AMFA rəhbəri qeyd edib ki, son 5 ildə onu 2 mərhələyə bölmək olar - dövlət başçısının problemli kreditlərlə bağlı məsələnin həllinə dair fərmanından əvvəl və sonra.
"2015-ci ildə manatın devalvasiyasından sonra toksik aktivlərin kəskin şəkildə artması müşahidə olundu. Bəzi maliyyə qurumları yaranmış problemləri özləri həll etməyə çalışsa da, metodları effektiv deyildi. Dövlət başçısının, ilk növbədə, sosial yönümlü olan sərəncamı eyni zamanda, maliyyə qurumlarını qeyri-işlək kreditlərdən azad edib. Xüsusilə ilin əvvəlindən bank olmayan kredit təşkilatlarının (BOKT) qeyri-işlək kredit portfeli 70% azalıb. Bundan başqa, əhalinin maddi vəziyyətinin yaxşılaşması kreditləşmə tempinin yüksəlməsinə və mikromaliyyə bazarının dirçəlməsinə səbəb olub”, - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, bir sıra amillər, xüsusilə vergi islahatları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması və fəaliyyəti mikromaliyyə bazarında vəziyyətin yaxşılaşmasına təsir göstərib.
"Sonuncu fakt əsasən regionlarda kiçik və orta sahibkarlığın inkişafına gətirib çıxardı. Mikrobiznes və fermer təsərrüfatları aktiv şəkildə kredit cəlb etməyə başladı", - deyə C.Əliyev vurğulayıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ilin avqust ayının sonunda BOKT-un kredit portfeli 339,1 mln. manat və ya ölkə üzrə ümumi kredit portfelinin 2,4%-ni təşkil edib.
AMFA 2001-ci ildə yaradılıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət