RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Armavir şəhərində (Krasnodar diyarı) nasistlərin tərəfdarı Qaregin Njdeyə memorialın ucaldılmasından hiddətlənib və bunu cinayət adlandırıb.
“Bizim xalqımız on illiklər ərzində özünü həqiqi xilaskar xalq hesab edib. Məhz rus qoşunları minlərlə kilometr piyada yol qət edərək faşistləri Berlinə qədər Avropanın təqribən bütün şəhərlərindən çıxarıblar”. Tarixi miqyasda o qədər də çox illər ötməyib və bizə necə cavab verirlər? Sovet xilaskar əsgərin abidəsini miqyaslı şəkildə dağıdırlar. Sovet xalqının cəsur igidliyi, əcdadlarımıza bu nəyin bahasına başa gəlməsinə dair narahat xatirə Qərbə lazım deyil. Lakin müqəddəs yer boş qalmır. Ermənistanda Qaregin Njdenin abidəsi ucaldıldı! Onun nasistlərin adamı olması, Qırmızı Ordunun arxa cəbhəsində diversiyalar törətmək məqsədilə Bolqarıstanda agentləri cəlb etməsinə dair rəsmi sənədlər var. Amma onun abidəsini ucaldırlar”, - Savelyev “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, Krasnodar diyarında Armavir şəhərində Njdenin memorialının ucaldılmasını öyrənərkən daha çox hiddətlənib.
“Fikrimcə, bu cinayət – “nasizmin reabilitasiyası” kimi qiymətləndirilməlidir, başqa cür deyil. Həm Rusiya, həm beynəlxalq qanunlara əsasən. Njdenin abidlərinin ucaldılması – nasist cinayətkarın qəhrəmanlaşdırılmasıdır. Burada başqa fikirlər ola bilməz. Əgər Ermənistana qəhrəman lazımdırsa niyə Sovet İttifaqı marşalı və iki dəfə Sovet İttifaqı qəhrəmanı, nasistləri Cənub-Qərb cəbhədə məhv edən, sonra isə Belarus cəbhəsinə rəhbərlik edən Baqramyanı xatırlamırlar? Ermənistanın görkəmli, Böyük Qələbənin yaxınlaşdırılasında ciddi rol oynayan qəhrəmanları var, amma nə üçün Njde kimi son dərəcə şübhəli şəxsiyyətləri pyedestala daşıyırlar. Bu qeyd olunanların əsl səbəbi barədə düşünməyə vadar edir”, - o qeyd edib.
Savelyev əlavə edib ki, “Rusiya bu cür təzahürlərə adekvat cavab verməlidir”. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət