Caspian European Club Gazelli Group kosmetika fabrikinə biznes-tur təşkil edib. Bu barədə Caspian European Club-un sədrinin birinci müavinivə baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Biznes-tur çərçivəsində bu dəfə 20 ildir fəaliyyət göstərən Gazelli Group kosmetika fabrikini ziyarət etmək imkanı əldə edən Caspian European Club üzvləri qablaşdırma sexinə, hazır məhsullar anbarına, laboratoriya və şouruma baş çəkiblər”, - deyə Telman Əliyev deyib.
Biznes-tur iştirakçılarına interaktiv formatda Gazelli Group-un fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə Caspian European Club üzvlərinin Gazelli Group-un prezidenti Zərifə Həmzəyeva ilə görüşü təşkil olunub. Zərifə Həmzəyeva biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb, Gazelli Group kosmetika şirkəti fabrikində istehsal olunan məhsulların təkmilləşdirilməsi və tanıdılması ilə bağlı təklifləri nəzərdən keçirib. Tərəflər ilkin razılıq nəticəsində əldə olunmuş əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.
“Caspian European Club iştirakçıları üçün təşkil olunan və artıq xoş ənənəyə çevrilən biznes-turlar Azərbaycan istehsalçılarının məhsullarına münasibəti dəyişib. Bizim fikrimizcə, bu, biznes-turların təşkili çərçivəsində Caspian European Club-un fəaliyyətinin ən əsas və müsbət nəticəsidir”, - deyə Telman Əliyev söyləyib.
Telman Əliyev qeyd edib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşklatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət