2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $4 mlrd. 488 mln. 285,14 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 29,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $25 mlrd. 244 mln. 302,92 min (2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 13,8% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $14 mlrd. 866 mln. 294,03 min (artım 4,1%), idxalın həcmi $10 mlrd. 378 mln. 8,89 min (artım 31,3%) təşkil edib.
İxracın strukturunda 75,79% neftin, 2,33% neft məhsullarının, 12,18% təbii qazın, 0,423% elektrik enerjisinin, 2,62% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,09% bitki və heyvan mənşəli yağların, 0,16% qəndin, 0,14% spirtli və spirtsiz məhsulların, 0,52% kimya məhsullarının, 1,02% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,58% pambıq, 0,15% pambıq ipliyin, 0,31% qara metal və ondan hazırlanan məmulatların, 0,65% alüminium və ondan hazırlanan məmulatların, 2,99% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,09% ərzaq məhsullarının, 0,84% tütün və tütün məhsullarının, 2% əczaçılıq məhsullarının, 0,97% gübrələrin, 2,88% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 7,1% odun və agac məhsullarının, 18,36% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,63% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,74% mebelin, 43,47% digər məhsulların payına düşüb.
Yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 7,706 min özəl və dövlət müəssisəsi və 23,678 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan dünyanın 186 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Основные операции при экспорте Азербайджан в январе-сентябре 2019 года проводил с Италией (28,52% от общего экспорта), Турцией (14,83%), Израилем (7,18%), Индией (5,55%), Германией (4,89%), Китаем (4,7%), Испанией (3,63%).
Yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 28,52%-i), Türkiyə (14,83%), İsrail (7,18%), Hindistan (5,55%), Çin (4,7%) və İspaniya (3,63%), əsas idxal əməliyyatlarını isə İsveçrə (14,12%), Rusiya (15,47%), Türkiyə (11,08%), Çin (9,28%), ABŞ (6,28%), Kanada (3,8%), Almaniya (4,93%) və İranla (3,5%) həyata keçirib.**
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət