2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 34,7 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6% artıb.
Cari ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 25,2%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99%, tütün məmulatlarının istehsalı 78,5%, hazır metal məmulatlarının istehsalı 78,1%, kompüter, elektron və optik məhsulların istehsalı 77,2%, içkilərin istehsalı 40,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1%, kağız və karton istehsalı 25%, kimya sənayesi məhsullarının istehsalı 20,6%, qida məhsullarının istehsalı 15,1%, əczaçılıq məhsullarının istehsalı 12,6%, poliqrafiya məhsullarının istehsalı 11,8%, geyim istehsalı 10,6%, tikinti materiallarının istehsalı 4,2%, maşın və avadanlıqların istehsalı 1,8% artıb.
Bu dövrdə neft məhsullarının istehsalı 1%, elektrik avadanlıqlarının istehsalı 8,5%, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət