Koreya Milli Assambleyasının sədri Mun Hi San Seulun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu almaqda maraqklı olduğunu qeyd edur.
“Mən düşünürəm ki, bizim də təşkilata (TDƏŞ - İF) müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Çox istərdim həyata keçsin”, - San çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
Azərbaycan prezidentinin saytı Koreya spikerininsözlərindən sitat gətirir.
“Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək”, - o əlavə edib.
Əliyev öz növbəsində qeyd edib ki, gələn il Zirvə Görüşü Türkiyədə keçiriləcək. “Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq”, - Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Macarıstan müşahidəçi kimi TDƏŞ-in tədbirlərində artıq ikinci dəfədir iştirak edir. “Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir”, - Əliyev vurğulayıb.
Onun sözlərinə görə, TDƏŞ-in Bakı sammitində həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. “Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq”, - prezident deyib.
TDƏŞ 2009-cu ildə yaradılıb. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir, Macarıstan - müşahidəçi ölkədir. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət