“SOCAR AQŞ” şirkəti Türkiyədəki “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində təxminən $100 mln. dəyərində qazma müqaviləsi imzalayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“SOCAR AQŞ” və"China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti arasında sözügedən işlərin yerinə yetirilməsi haqqında müqavilə imzalanıb.
İnteqrə olunmuş qazma xidmətləri müqaviləsi Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədilə 40 quyunun qazılmasını nəzərdə tutur.
““SOCAR AQŞ” bu vacib layihə üzrə "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti ilə əməkdaşlıq etməsini yüksək qiymətləndirir. Biz bütün potensialımızı cəlb edərək biznes tərəfdaşlarımız və bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq çərçivəsində bu layihənin Türkiyə, sifarişçimiz və “SOCAR AQŞ” üçün uğurlu olacağına ümid edirik”, – deyə “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib.
“Bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və “SOCAR AQŞ” bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək”, - deyə “IC İctas” şirkətinin baş direktoru Murat Mehmet Kurtuluş qeyd edib.
“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Səhmdarları SOCAR, «Nobel Oil Services» və «Absheron Qazma» şirkətləridir.
Hazırda “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsində (7 və 11 saylı platformalardan), “Ümid” (Ümid-1 platformasından), “Bulla” (6 saylı platformadan) və “Qərbi Abşeron” yataqlarında (10 saylı platformadan) qazma işləri həyata keçirir.
“IC İctas Construction” şirkəti 1969-cu ildə yaradılıb. Şirkət hava limanı tikintisi, sürət qatarı layihələri, yol və körpü tikintisi, yüksək həcmli elektrik stansiyaları, intellektual binalar, biznes mərkəzləri, turizm obyektləri, suvarma sistemi qurğuları, ictimai binalar, tibb müəssisələri, universitet və məktəb binaları kimi bir çox layihələrin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Şirkət, həmçinin enerji sektoruna da investisiya qoyur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət