2020-ci ildə dünyada neftin qiymətinin $40 səviyyəsinədək azalması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə az təsir edəcək, ortamüddətli perspektivdə bu qiymət zamanı təsir daha əhəmiyyətli ola bilər. Maliyyə Nazirliyində belə hesab edirlər.
“2020-ci il üçün dövlət büdcəsi bir barel neftin $55 məbləğində hesablanıb. Lakin, bir barel neftin qiymətinin $40-dək enməsi halında dövlət büdcəsinin gəlirlərinə təsiri az olacaq. Qiymətləndirmələrimizə əsasən, bu qiymət zamanı dövlət büdcəsinin gəlirləri proqnozdan 1,6% az olacaq. Həmçinin, birbaşa neft-qaz gəlirləri 1,3%, dolayı yolla neft-qaz sektorundan asılı gəlirlər 0,3% azalacaq”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Eyni zamanda, ortamüddətli perspektivdə, bir barel üçün $40 səviyyəsində qiymət dövlət büdcəsinin gəlirlərinə təsir edə bilər. “Bu halda ARDNF-dən dövlət büdcəsinə transfertlər azalacaq (2020-ci ildə dövlət büdcəsinin gəlirlərinin 47%-i). Bu isə dövlət büdcəsinin gəlirlərinin azalmasına gətirəcək”, - nazirlikdən qeyd ediblər. ”
Nazirlikdən əlavə ediblər ki, 2020-ci ildə neftin qiymətinin $40-dək azalması icmal büdcənin gəlirlərinə müəyyən təsir edə bilər. “Məsələ bundadır ki,2020-ci ildə icmal büdcənin gəlirlərinin 52,7%-i neft gəlirləri hesabına formalaşacaq. Buna görə əgər neftin qiyməti $40-dək azalarsa, o zaman icmal büdcənin faktiki gəlirləri proqnozdan 16,6% az ola bilər”, - Maliyyə Nazirliyindən vurğulanıb.
Maliyyə Nazirliyi 2020-ci il üçün dövlət büdcəsinin gəlirlərini 24 mlrd. 134,5 mln. manat, icmal büdcənin – 29 mlrd. 488,3 mln.manat (ARDNF-nin 12 mlrd. 384,1 mln. manat səviyyəsində gəlirləri daxil olmaqla) səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət