Oktyabrın 22-də Bakıda 25-ci yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild 2019”) sərgisi öz işinə başlayır.
Bu gün keçirilən mətbuat konfransında təşkilatçılar qeyd ediblər ki, sərgidə çoxlu sayda yeni şirkətlər iştirak edəcək.
“Sərgidə yeri şirkətlər iştirakçıların ümumi sayının 40%-ni təşkil edəcək, yeni şirkətlərin sayı isə 50%-i ötüb”, – deyə “Caspian Event Organisers” şirkətinin regional meneceri Edvard Stron məlumat verib.
"Caspian Event Organisers” şirkətinin nümayəndəsi, layihə meneceri Rəşad Qədimov qeyd edib ki, mikro, kiçik və orta sahibkarlığa dəstək proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “BakuBuild” sərgisində çıxış edəcəyi stenddə tikinti məhsulları və xidmətlər təqdim ediləcək.
“BakuBuild 2019” sərgisində inşaat materialları, dam örtükləri və izolyasiya, eləcə də interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, işıq və elektrotexniki məhsullar, inşaat avadanlıqları və texnologiyaları kimi sektorlarla tanış olmaq mümkün olacaq.
“BakuBuild” sərgisi ilə paralel olaraq Xəzər Beynəlxalq «Mebel, İnteryer və Dizayn» Sərgisi (“Caspian MebelExpo 2019”) də keçiriləcək. Bu il sərgidə yerli və xarici mebel istehsalçıları iştirak edir.
Eyni zamanda, Bakıda 12-ci Xəzər Beynəlxalq Mühafizə,Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (Securex Caspian) sərgisi də keçiriləcək. Sərgidə texniki təhlükəsizlik vasitələri, avtomatik yanğınsöndürmə sistemləri, siqnalizasiya sistemləri və s. nümayiş etdiriləcək.
Bundan başqa, 22-25 oktyabr tarixlərində 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnikavə Üzgüçülük Hovuzu Sərgisi (“Aquatherm Baku 2019”) də keçiriləcək.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət