Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan inanır ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına töhfəsini verəcək.
“Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hazırda da NATO-nun Əfqanıstanda icra etdiyi “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Bununla belə, inanıram ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verən ölkələrdən olacaq”, - Turan Azərbaycan Müdafiə Nazirliyinin saytına müsahibəsində bildirib.
Kontr-admiral vurğulayıb ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində “ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir”.
“Biz Azərbaycanı NATO-nun müxtəlif əməliyyatlarında, Tərəfdaşlığın Qərargah Vəzifəsi Zabiti olaraq müxtəlif NATO qərargahlarına töhfə verməsində, eləcə də Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində fəal tərəfdaş ölkə olaraq görməkdəyik. Bu səbəbdən Azərbaycan NATO üçün önəmli və eyni zamanda əhəmiyyətli tərəfdaşlardan hesab edilir”, - Turan bildirib.
SHAPE rəisi əlavə edib ki, Alyans Bakı ilə bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini mümkün hesab edir. “Xüsusilə təlim üzrə və qərargah vəzifələrində də irəliləyişə ehtiyac olduğunu vurğulamaq istərdim. Mən bununla sadəcə bu sahələri deyil, eyni zamanda mümkün olabiləcək digər sahələrdə də inkişaf perspektivlərini nəzərdən keçirəcəyimizi düşünürəm”, - Turan qeyd edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət