2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 172 mln. 543,2 min ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 82,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 17,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-sentyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 10 mln. 927,9 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,2% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 mln. 478,2 min ton (azalma 27,5%), avtomobil nəqliyyatı ilə 113 mln. 274,1 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 141,5 min ton (azalma 5,9%) müxtəlif yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 29 mln. 381,8 min ton neft (azalma 4,9%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət