İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən indiyədək taxıl istehsaı və onlarlın emalı ilə bağlı layihələrə $71 mln. məbləğində güzəştli kredit verilib. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Bu layihələrə aqroparklar, iri fermer təsərrüfatlarının yaradılması daxildir. Bundan başqa, SİF 456 min ton tutumlu 30 taxıl anbarının yaradılmasına güzəştli kreditlər verib”, - Məmmədov bu gün Bakıda XI Beynəlxalq Taxıl Ticarət Konfransında bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda 3,3 mln. ton taxıl, həmçinin 2 mln. ton buğda istehsal olunub. Taxıl istehsalının artımı 13%, buğdanın – 12% təşkil edib.
“Beləliklə, Azərbaycanın taxıl ilə özünütəminat səviyyəsi 66%-dən 74%-dək, buğda ilə özünütəminat səviyyəsi – 58%-dən 65%-dək artıb”, - nazir müavini qeyd edib.
Məmmədov qeyd edib ki, 2019-cu il oktyabrın 1-nə Azərbaycanda taxıl yığımı 3,4 mln. ton, həmçinin buğda yığımı – 2”, mln. ton təşkil edib.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət