Sosial-iqtisadi inkişaf üzrə özlərinin modelini seçməyə çalışan Qoşulmama Hərəkatının bir sıra üzv ölkələri kənardan aqressiv, müdaxiləçi siyasətdən zərər görüblər. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
“Bir qrup ölkə və transmilli korporasiyalar hakim mövqeyini saxlamaq cəhdləri ilə utanmadan ikili standartlardan istifadə edirlər, bərabərsizlik və eqoistliyə əsaslanan yanaşmaların üzərinə demokratiya və liberalizm üzrə yüksək ideyalarla pərdə örtürlər. Bu hərəkətlərə haqq qazandırmaq məqsədilə beynəlxalq birliyinə dünya quruluşu konsensiyası zorla qəbul etdirilir. Həmin dünya quruluşu qaydalara, faktiki olaraq isə, məhdud formatlarda icad olunan, qanuni və çoxtərəfli çərçivələrə riayət etmədən tənzimlənmə üsullarına əsaslanır”, - Verşinin cümə günü Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə bildirib.
Onun sözlərinə görə, bu cür qaydalar BMT-nin Nizamnaməsində təcəssüm edilən beynəlxalq normaları təkzib edr və qarşıdurma və blok qarşıdurması dövrünə qayıdış yolunu çizir.
“Eyni zamanda, dövlətlərin daxili işlərinə qarışmama prinsipi pozulur. Sosial-iqtisadi inkişaf üzrə özlərinin modelini seçməyə çalışan Qoşulmama Hərəkatının bir sıra üzv ölkələri kənardan aqressiv, müdaxiləçi siyasətdən zərər görüblər. İndiyədək dünya Vaşinqton və onun müttəfiqlərinin İraq, Liviya və Suriyaya qanunsuz hərbi müdaxiləsindən özünə gələ bilmir. İndi biz Venesuelada qanuni hakimiyyətin devrilməsi və sarsıdılmasına yönələn açıq kursun irəli sürülməsini müşahidə edirik. ABŞ-ın Venesuelada yürütdüyü siyasət Qoşulmama Hərəkatının iştirakçıları tərəfindən qəti qınağına layıqdir”, - o qeyd edib.
Verşinin əlavə edib ki, “həmçinin BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq, Kuba barəsində baş verdiyi kimi, hərbi şantaj və qanusuz təcrid nəticəsində suveren dövlətlərdə rejimləri kənardan dəyişmək cəhdləri qətiyyən qəbuledilməzdir”.
“Fələstin probleminin yanından ötmək mümkün deyil. Bu problemin ədalətli həlli bütün Yaxın Şərq regionunda vəziyyətin sağlamlaşdırılması üşün son dərəcə vacibdir. Tənzimlənmə prosesinin inhisara alınması heç nəyə gətirməyəcək. Bu gün heç zaman olmadığı qədər BMT-nin qətnamələri əsasında danışıqlar məqsədilə beynəlxalq birliyin səylərinin birləşdirilməsi və ərəb sülh təşəbbüsü tələb olunur. Rusiya Qoşulmama Hərəkatı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqda buna hər vəchlə şərait yaratmaqda davam edəcək”, - o qeyd edib.
Nazir müavini əlavə edib ki, RF paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Döbvlətinin yaradılması zərurətinə əsaslanır. “Müstəmləkəyə çevirmənin aradan qaldırılmasını nəzərə almamaq yolverilməzdir. Bir qrup qərb ölkələrinin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsiplərini təhrif edilmiş şəkildə izah etməsi olmasaydı, bu proses çoxdan başa çatmışdı. Keçmiş Avropa müstəmləkəçi imperiyalar bir sıra xarici əraziləri öz nəzarətlərində saxlamağa davam edirlər, müstəqil dövlətlər barəsində isə çox zaman əvvəlki kimi özlərini yalnız onların təbii və insan resurslarının istifadəsində maraqlı olan metropoliyalar kimi aparırlar”, - o bildirib.
Verşinin vurğulayıb ki, Rusiya bu cür yanaşmaları rədd edir və Qoşulmama Hərəkatına üzv ölkələri ilə münasibətləri onların suverenliyinə hörmət və gələcəyini müstəqil şəkildə özlərinin müəyyən etmək iqtidarı əsasında qurur.
“Biz ölkələrimizin və xalqlarımızın və bütün dünya birliyinin rifahı naminə beynəlxalq sabitliyin möhkəmlənməsi maraqları çərçivısində gələcəkdə Hərəkat ilə münasibətlərin inkişafına hazırıq”, - nazir müavini qeyd edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət