Moody`s beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın reytinqi üzrə proqnozunu "stabil" dən "pozitiv" ə dəyişib. Agentlik, həmçinin bankın yerli və xarici valyutadakı uzunmüddətli depozit reytinqini "B3" səviyyəsində təsdiqləyib.
Moody`s analitikləri "pozitiv" proqnozun bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
"Moody`s agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi, Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.
Xüsusilə qeyd etmək istərdim ki, qeyd olunan müsbət tendensiya bankın prioritet sahəsi olan real sektora verilən kreditlərin həcminin artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərinin həcmi bankın ümumi portfelində 74% təşkil edir. Biz bundan sonra da iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini artırmaq niyyətindəyik və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət və rahat servis göstərməyə davam edəcəyik”, deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət