30 oktyabr tarixində Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsinə dair qərar qəbul olunub.
Palatanın məlumatında deyilir ki, həmçinin Kollegiyada “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub.
“Qanun layihələrinə Hesablama Palatasının Rəyləri ətraflı müzakirə olunaraq təsdiq edilib”, - məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Milli Məclis noyabrın 12-də 2020-ci il dövlət büdcəsinin layihəsi üzrə müzakirələrə başlayacaq.
Parlament komitələri noyabrın 5-dən 2020-ci il dövlət büdcəsinin müzakirəsinə başlayacaq.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 mlrd. 134,5 mln. manat (2019-cu illə müqayisədə artım 4,2%), xərcləri 26 mlrd. 913,7 mln. manat (artım 6,8%), kəsiri 2 mlrd. 779,2 mln. manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barrelinin qiyməti $55 olmaqla hesablanıb (2019-cu il üçün neftin bir barrelinin qiyməti $60-dan hesablanıb).
Gəlirlərin strukturunda 13 mlrd. 530 mln. manatın (56%) neft sektoru, 10 mlrd. 604,5 mln. manatın (43,9%) qeyri-neft sektorundan daxilolmalar hesabına təmin edilməsi planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 12% artacağı proqnozlaşdırılır.
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 875 mln. manat (2019-cu illə müqayisədə artım 7,6%) və ya büdcə gəlirlərinin 32,6%-i, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 4 mlrd. manat (artım 8%) və ya gəlirlərin 16,6%-i səviyyəsində nəzərdə tutulub.
2020-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 mlrd. 350 mln. manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 0,1%) və ya bütün büdcə gəlirlərinin 47%-i səviyyəsində nəzərdə tutulub. Bundan başqa, proqnozlara görə, dövlət büdcəsinin gəlirlərinin 3,5%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri, daha 0,3%-i isə sair gəlirlər hesabına təmin olunacaq.
Xərclərin strukturunda 10 mlrd. 373,7 mln. manat məbləğində vəsaitin (artım 33,5%) sosial məqsədlərə yönəldilməsi planlaşdırılır ki, bu da dövlət büdcəsi xərclərinin 38,5%-ni təşkil edir.
Proqnozlara görə, 17 mlrd. 275,9 mln. manat (xərclərin 64,2%-i) cari xərclərin, 7 mlrd. 809,6 mln. manat (xərclərin 29%-i) əsaslı xərclərin payına düşəcək. Dövlət borcuna xidmət xərcləri 1 mlrd. 828,2 mln. manat və ya dövlət büdcəsi xərclərinin 6,8%-ni təşkil edəcək. 2019-cu illə müqayisədə dövlət borcuna xidmət xərcləri 21,7% azalacaq.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə proqnoz 25 mlrd. 190 mln. manat təşkil edir, kəsiri isə 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət