Azərbaycanın ən böyük özəl banklarından biri olan Bank Respublika, 2019-cu ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.Fəaliyyətinin prioritet sahəsi mikro, kiçik və orta sahibkarlığa dəstək olan Bank, pozitiv dinamikanı davam etdirərək bütün istiqamətlər üzrəartım nümayiş etdirib.
Belə ki, hesabata əsasən ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 12,8 dəfədən çox artararq 15,6 mln.manat, xalis faiz mənfəəti 1,7 dəfə artaraq 29 milyon manat, xalis əməliyyat mənfəəti isə 4,4 dəfədən çox artaraq 27,3 milyon manat təşkil etmişdir.
1 oktyabr 2019-cu il tarixinə bankın aktivləri 1,3 milyard manat təşkil edibki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39% çoxdur. Eyni zamanda, Bankın məcmu kapitalı 45,8%, depozit portfeli 44,8%,kredit portfeli 52 %artıb.
“Bütün sahələr üzrə əldə etdiyimiz pozitiv maliyyə göstəriciləri daha öncə olduğu kimi,üçüncü rübdə də Bankın, uğurlu fəaliyyət göstərdiyini təsdiq edir. Qeyd etmək istərdim ki, biz ölkə iqtisadiyyatının drayveri rolunu oynayan real sektora xüsusi önəm veririk.Təsadüfi deyil ki, Bankın kredit portfelinin 70% -dən çoxu bilavasitə ölkədə sahibkarlığın maliyyələşdirilməsinə yönəldilən kreditlər təşkil edir.
Bank Respublikanın effektiv, müştəri yönümlü, yüksək texnoloji bir banka transformasiyasını nəzərdə tutan uzunmüddətli strateji hədəflərimizi həyata keçirərək, biz planlaşdırılmış maliyyə göstəricilərinə nail oluruq. Gələcək üçün bizim iddialı planlarımız var və mən əminəm ki, yüksək ixtisaslı peşəkar komandamız sayəsində bütün qoyulan hədəflərə müvəffəqiyyətlə nail olacağıq” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmiinternet saytında,facebooksəhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət