İrandan Azərbaycana iri partiya narkotik vasitələri keçirməyə cəh edən narkokuryer Azərbaycan sərhədçiləri tərəfindən ləğv olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin saytında məlumat verilir.
“3 noyabr tarixində saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo¬şunlarının “Göytəpə” sərhəd dəstə-si¬nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta¬va¬sı¬nın xidməti ərazisində sərhəd naryadı tərəfindən bir nəfər naməlum şəxsin döv¬lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü¬şa¬hidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid¬məti əra¬zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər¬həd pozu¬cusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılıb. La¬kin sərhəd pozu¬cu¬su əmrə tabe olmamış, üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa cəhd göstər¬ib. Sərhəd pozucusuna qarşı silah tətbiq olun¬muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin¬də və¬fat e¬dib”, - DSX-nin məlumatında qeyd olunur.
Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za¬manı çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar¬¬¬kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş¬kar olun¬ub.
Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı¬layan “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto¬mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Elgün Həsənov və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Orxan Nəsirzadə şübhəli şəxs qismində saxlanıl¬ıblar.
Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Tural Əmirov olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İrana getməsi müəyyən edilib.
Hazırda hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə¬rə¬kət¬ləri həyata keçirilir. **
B.Rüstəmbətov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət