Bakı Şəhər İcra Hakimiyyəti ilin sonunadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə verəcək. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib və paytaxtda həyata keçirilən abadlıq işləri və inkişaf prosesi ilə maraqlanıb.
Əzizov məlumat verib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-2019-cu illərdə Bakıda 273 nümunəvi məhəllə yaradılıb.
“Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var. Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar. Deməli, bu gün həyətləri olan binaların sayı 6,331 mindir. Sizin tapşırığınıza uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb”, - Əzizov bildirib.
O, həmçinin qeyd edib ki, hesablamalara görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək.
Dövlət başçısı binaların dam örtüklərinin dəyişidilməsi və təmiri ilə bağlı vəziyyətlə maraqlanıb.
“Çünki qış yaxınlaşır. Bu məqsədlər üçün də ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Ancaq mən sizə göstəriş vermişdim ki, bu işləri planlı şəkildə görməliyik, illərə bölməliyik və maksimum qısa müddət ərzində Bakı şəhərinin bütün binalarının dam örtükləri tamamilə standartlara cavab versin”, - Əliyev vurğulayıb.
Öz növbəsində, Əzizov bəyan edib ki, bu proses artıq Bakı şəhərində fəal surətdə həyata keçirilir. “Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulubr. Biz inşaat materiallarını mərkəzləşdirilmiş qaydada alandan sonra danışıqlar apardıq və burada da qənaət yaranıb. Biz artıq 380 deyil, 420 binanın dam örtüyünü təmir edə biləcəyik. Şirkətlərlə danışıqlar aparılıb”, - Əzizov deyib.
O, həmçinin məlumat verib ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq planlaşdırılır. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət