“BP-Azerbaijan” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,4 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 55% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Yanvar-sentyabr aylarında yataqdan 2,6 mln. ton kondensat (artım 44.4%) hasil olunub.
“Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin gücü ildə təxminən 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir”, - şirkətdən bildirilir.
9 ay ərzində “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1,299 mlrd. (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 16,6% - İF-Az) təşkil edib. Bunun $481 mln.-u istismar, $818 mln.-u isə əsaslı xərclərin payına düşüb. Layihə üzrə əsaslı xərclərin böyük həcmi “Mərhələ-2”-nin reallaşdırılması istiqamətində işlərə yönəldilib.
Hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri Magistralı (CQBKM və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 28 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $28 mln., istismar xərcləri $33 mln. təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatını 17 mlrd. 389 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.
2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət