Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığnda təhlükəsizlik məsələləri əsas və vacib yer tutacaq. Bunu xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
“Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır”, - Məmmədyarovun çərşənbə axşamı Stokholmda "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında bildirib.
XİN-in mətbuat xidməti Məmmədyarovun çıxışının mətnini yayıb.
Eyni zamanda, Məmmədyarov qeyd edib ki, Aİ ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, “tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır”.
Onun fikrincə, beynəlxalq hüquqa riayət etmək regionda problemlərin aradan qaldırılması üçün ən yaxşı yoldur.
“Lakin ŞT-ni yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, ŞT-nin əsas öhdəliklərini yerinə yetirməliyik. 10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və ŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. Beləliklə, ŞT-nin növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaq”, - nazir qeyd edib.
Məmmədyarov hesab edir ki, Azərbaycan ŞT-nin bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir; ŞT-nin növbəti onilliyi nə gətirə bilər; onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacağı barədə düşünməyin zamanı çatıb.
“Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq.”, - XİN başçısı əlavə edib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət