Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın Moskvaya getməsi ilə bağlı mətbuatda yayılan məlumatı araşdırır. Bu fikirləri XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, bu “səfər” çərçivəsində qanunsuz rejimin “nümayəndəsi”nin kimlərlə görüşdüyü, hansı tədbirlərdə iştirak etməsi kimi məsələlər dəqiqləşdirilir.
“Diplomatiyada hər hansı məsələ ilə bağlı xarici ölkə səfirinin XİN-ə çağırılacağı xəbərini öncədən elan etmək təcrübəsi mövcud deyil. Bu, ciddi bir addımdır və əlbəttə ki, buna öncədən müvafiq məlumatı toplamaqla hazırlaşmaq lazımdır. Mətbuata isə səfirin çağırılması ilə bağlı məlumat post-factum, yəni hadisə baş verdikdən sonra verilir. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi jurnalistlər bu məsələdə əsassız səs-küy qaldırmağa çalışırlar. Fikrimcə, məsələyə aydınlıq gətirilməsi üçün professional yanaşma nümayiş etdirərək XİN-in Mətbuat Xidmətinə müraciət edilə bilərdi. Biz isə ünvanlanan bütün müraciətləri, əlbəttə ki, məsələ üzrə ətraflı məlumat toplandıqdan sonra cavablandırırıq”, - deyə L.Abdullayeva qeyd edib.
O, həmçinin əlavə edib ki, Xarici İşlər Nazirliyinin qanunsuz oyuncaq rejimin “nümayəndələri”nin xarici ölkələrin ərazisinə daxil olması məsələsində nümayiş etdirdiyi yanaşma birdir və bu yanaşma hər bir kəsə eyni şəkildə şamil olunur.
“Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi məsələsi bizim hamımız və bütün xalqımız üçün olduqca prinsipial məsələdir”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət