Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin 2,8% artacağını proqnozlaşdırır. Bu barədə bankın noyabr ayına olan regional iqtisadiyyata dair icmalında (Regional Economic Prospects) deyilir.
May ayında AYİB 2019-cu il üçün Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırmışdı.
AYİB-in qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,4% təşkil edəcək (may ayının proqnozu – 3,3%).
“2018-ci ildə başlanan iqtisadiyyatın bərpası 2019-cu ildə davam edir. 2018-ci ilin yekunları üzrə ÜDM-in artımı 1,4%-dən 2019-cu ilin yanvar-avqust ayları ərzində 2,4%-dək sürətlənib. Eyni zamanda, 2019-cu ilin 8 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2018-ci ildə 1,8%-ə qarşı 3% artıb”, - hesabatda qeyd olunur.
AYİB vurğulayır ki, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti müsbət diapazonda qalır, baxmayaraq ki, 2019-cu ilin birinci yarısının yekunları üzrə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bir qədər azalıb.
“2019-cu ilin yanvar-sentyabr ayları ərzində 2,6% səviyyəsində orta illik inflyasiyanın aşağı olaması fonunda kredit fəalllığı da bərpa olunur. Bu, cari ilin yanvar-oktyabr ayları ərzində AMB-yə uçot dərəcəsini 200 baza punktu aşağı salmağa imkan verib. Lakin bank sitemində dollarlaşma və vaxtı ötmüş kreditlərin səviyyəsi hələ də mühüm olaraq qalır, bu da kredit fəallığı və pul-kredit siyasətinin effektivliyini məhdudlaşdırır”, - AYİB qeyd edir.
Bankın qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadiyyatının xarici şoklara davamlılığı ARDNF-nin aktivləri (ölkənin ÜDM-in həcminə ekvivalent olan) və AMB-nin ehtiyatlarışəklində mühüm likvidlik buferləri ilə dəstəklənir.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 2,3%, 2020-ci ildə 3% artacağaını proqnozlaşdırır.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 yanvar 2019-cu il tarixinə AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 2%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət