“SOCAR Polymer” şirkəti 2023-cü ildə yüksək sıxlıqlı polietilen istehsalı üzrə tam gücü ilə fəaliyyət göstərəcək.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi hökumətin yenilənmiş proqnozlarına əsasən, 2019-cu ilin yekunları üzrə şirkətin zavodlarında 48,2 min ton yüksək sıxlıqlı polietilen (2019-cu ildə istifadəyə verilib - İF) və 110 min ton polipropilen istehsal olunacaq (2018-ci illə müqayisədə artım 18,3 dəfə - İF).
Eyni zamanda, 2020-ci ildə “SOCAR Polymer”in zavodunda yüksək sıxlıqlı polietilen istehsalı 97,4 min ton (2019-cu illə müqayisədə artım 2 dəfə - İF), 2021-ci ildə - 110 min ton (2020-ci illə müqayisədə artım 12,9%), 2022-ci ildə - 115 min ton (2021-ci illə müqayisədə artım 4,5%), 2023-cü ildə - 120 min ton (artım 4,3%) təşkil edəcək.
Beləliklə, 2023-cü ildə zavod yüksək sıxlıqlı polietilen istehsalı üzrə tam gücü ilə fəaliyyət göstərəcək. 2019-cu illə müqayisədə hazır məhsulun istehsalında artım 2,5 dəfə təşkil edəcək.
2020-ci ildə “SOCAR Polymer”in polipropilen zavodu istehsal həcmini 140 min tona (2019-cu illə müqayisədə artım 27,3% - İF), 2021-ci ildə - 150 min tona (2020-ci illə müqayisədə artım 7,1%), 2022-ci ildə - 160 min tona (2021-ci illə müqayisədə artım 6,6%), 2023-cü ildə - 170 min tona (artım 6,25%) çatdıracaq.
Beləliklə, 2023-cü ildə polipropilen istehsalı 2019-cu illə müqayisədə 54,5% artacaq.
2018-ci il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında layihə gücü ildə 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodu işə salınıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək.
Zavodların tikintisi layihələrinə ümumi investisiya qoyuluşları $816 mln. təşkil edəcək. İnvestisiyaların 60%-i Rusiyanın “Qazprombank”, qalan hissəsi – 40%-i isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “PAŞA Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
“SOCAR Polymer” şirkətinin Sumqayıtda yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının fəaliyyətindən $6,6 mlrd. məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 mlrd. təşkil edəcək.
SOCAR “SOCAR-Polymer” MMC-nin zavodarının tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. SOCAR və “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş 2015-ci il iyunun 19-da imzalanıb.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Hazırda şirkətin kapitaında SOCAR-ın payı 52,2% təşkil edir. "Vitol Black Sea V.L.L” (19%), “PASHA Holding” (9,9%), “Ecoland” (9,8%), “Polimer Investment” (5%) və AKKIK (4,1%) də səhmdarlar sırasındadır.
“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.**
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət