«Azercell Telekom» mobil rabitə operatoru 2021-ci ilədək Bakıda 5-ci nəsil (5G) mobil rabitə şəbəkəsinin yaradılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.
“Biz Bakının müxtəlif yerlərində 5G şəbəkəsinin tətbiqi üzrə pilot layihələr həyata keçirməyi, bu məqsədlə bu texnologiyaları dəstəkləyən baza stansiyaları almağı və quraşdırmağı planlaşdırırıq. Beləliklə, 2020-ci ilin sonunadək Bakıda 5G texnologiyasının tətbiqini başa çatdırmağı nəzərdə tuturuq. Daha sonra bu prosesə regionlarda başlayacağıq. Bazar 5G texnologiyalarının istifadəsinə hazır olduqda, biz bu xidmətin kommersiya variantını təqdim edəcəyik”, - deyə o, bu gün jurnalistlərə bildirib.
V.Mürsəliyevin sözlərinə görə, 5G texnologiyasının tətbiqi üzrə birinci pilot layihənin reallaşdırılmasına 2019-cu ilin dekabr ayında Bakının mərkəzində, Fəvvarələr Meydanında başlanılacaq. Bu məqsədlə 7-8 baza stansiyası alınaraq quraşdırılacaq.
“Dekabr ayından etibarən “Azercell” abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan müştərilər “Azercell”dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər”, - deyə şirkətin prezidenti bildirib.
Bundan əvvəl GSMA-nın "Mobil iqtisadiyyat: Rusiya və MDB 2019" hesabatında Azərbaycanda 5G sisteminin tətbiqinə 2022-ci ildə başlanılacağı qeyd edilmişdi.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkətin abunəçilərinin ümumi sayı 4,5 mln. təşkil edir.
Hazırda “Azercell”in 100%-lik səhmdarı "Azertel Telekomunikasyon ve Yatırım Dıs Ticaret A.S." Azərbaycan-Türkiyə şirkətidir. Şirkətin səhmlərinin 51,3%-i “AzInTelecom” dövlət şirkətinə məxsusdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət