Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Ağcabədi rayonunun qəsəbələrində məcburi köçkün ailələri üçün sosial-texniki infrastrukturun yaradılmasına 34 mln. manatdan çox vəsait yönəldəcək.
Bütövlükdə, bu məqsədlə 34 mln. 413,52 min manat ümumi məbləğdə 5 müqavilə imzalanıb.
www.tender.gov.az saytının məlumatına əsasən, Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisinə dair “Azəri Servis LTD” ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri - 11 mln. 100,594 min manatdır.
Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrində içməli su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisinə dair “Azərsutəchizattikinti” ASC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 5 mln. 753,479 min manatdır.
Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin qaz və istilik təchizatının tikintisinə dair “Tunel-Metro Inşaat” ММC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 6 mln. 93,001 min manatdır.
Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 144 ailəlik Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisinə dair “AZ.İnşaat-M.V.” ММC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri - 6 mln. 963,828 min manatdır.
Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 256 ailəlik Vağazin qəsəbəsində 60 ədəd fərdi yaşayış evlərinin tikintisinə dair "AKKORD SƏNAYE TİKİNTİ İNVESTİSİYA KORPORASİYASI" ASC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 4 mln. 502,616 min manatdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət