Azərbaycan və İordaniya ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımlar atmalıdır. Prezident İlham Əliyev belə hesab edir.
İ.Əliyev bu gün İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.
“Hesab edirəm ki, biz növbəti mərhələdə daha çox iqtisadi əməkdaşlığa fikir verməliyik. Hələ ki, qarşılıqlı ticarət dövriyyəmiz bizim istəklərimizi əks etdirmir. Ona görə ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımların atılması lazımdır”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, hökumətlərarası komissiya da bu istiqamətdə önəmli addımlar atacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də çox diqqətlə baxmaq lazımdır.
İ.Əliyev turizm sahəsində müsbət dinamikanın olduğunu diqqətə çatdırıb. “Son zamanlar turizm sahəsində yaxşı irəliləyiş var və əminəm ki, bu müsbət dinamika davam etdiriləcək. Bu ilin on ayında 11 faiz artım var. Ancaq oktyabr ayında keçən ilin oktyabrı ilə müqayisədə 25 faiz artım olub”, - deyə prezident əlavə edib.
Öz növbəsində, səfir Sami Abdullah Ğoşe qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadiyyat və turizm sahələrində əlaqələrin inkişafı üçün birgə işin görülməsi planlaşdırılır.
“Kral II Abdullah gələn ay Sizinlə görüşmək arzusundadır”, – deyə səfir əlavə edib.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət