Azərbaycan 2019-cu ilin III rübündə 16 min 459,08 ton AI-92 markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“$11 milyon 30,26 min dəyərində 16 min 459,09 ton AI-92 markalı avtomobil benzini yalnız cari ilin III rübündə idxal edilib. İdxalın bütün həcmi Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini idxalı edilməyib.
III rübdə respublikaya AI-92 markalı avtomobil benzininin idxalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar SOCAR-ın ehtiyatların yaradılması planları ilə şərtlənib.
Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzini 2019-cu il sentyabrın 1-dən 90 gün müddətində gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Bundan başqa, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və 92-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.
SOCAR-a istinadən verilən məlumata görə, şirkət BNEZ-in planlı təmirə dayandırılması ilə əlaqədar olaraq Rusiya və Qara dəniz hövzəsi ölkələrindən Azərbaycana 120 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırır. Zavodun təmirə dayandırıldığı oktyabrın 4-dən noyabrın 4-dək burada AI-92 markalı benzin istehsal edilməyib.
2018-ci ildə Azərbaycan $58 milyon 913,7 min dəyərində 72 min 596,05 ton AI-92 markalı avtomobil benzini idxal edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət