ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer Azərbaycan hökuməti ilə iqtisadi islahatların aparılması məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
“Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin vacibliyini dəfələrlə qeyd edib. Bu isə davamlı islahatların aparılmasını tələb edir. Ümid edirəm ki, yeni təyin olunmuş üzvlərlə (Prezident Administrasiyası və hökumət – İF) görüşmək və onlarla islahatlarla bağlı müzakirələr aparmaq fürsətim olacaq”, - deyə o, Facebook istifadəçilərinin suallarına cavab verərkən bildirib.
Səfir ölkə rəhbərliyinə yeni təyin olunan şəxslərin ABŞ-da təhsil alması faktı ilə bağlı da məmnunluğunu bildirib. “Fikrimcə, bu, Azərbaycanın xeyrinə olacaq”, - deyə o əlavə edib.
Ö.Litzenberqer “Chevron” və “ExxonMobil” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələrindən çıxmasını da şərh edib.
“Bunu Vaşinqtonun Azərbaycana marağının azalması kimi görmürəm. 25 ildən çox davam edən enerji əməkdaşlığı iki ölkənin əlaqələrində mühüm yer tutur. Şirkətlərə gəlincə, onlar öz mənafeyinə uyğun olaraq hansı bazarda iştirak edəcəklərini müəyyənləşdirməkdə sərbəstdirlər”, - deyə o qeyd edib.
Səfir əlavə edib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bu layihə Avropanın enerji təhlükəsizliyinə zəmanətdir.
Xatırladaq ki, Macarıstanın “MOL Plc.” şirkəti noyabrın 4-də “Chevron” şirkətinin AÇG yataqlar blokunun işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki payını $1,57 milyard-a aldığı barədə elan edib.
Xüsusilə MOL şirkəti “Chevron Global Ventures, Ltd” və “Chevron BTC Pipeline, Ltd” şirkətləri ilə AÇG layihəsindəki səhmlərin 9,57%-nin və BTC layihəsindəki səhmlərin 8,9%-nin alınması haqqında saziş imzalayıb.
Bu sövdələşmə başa çatdıqdan sonra MOL AÇG-də üçüncü səhmdar (payın həcminə görə - İF) olacaq.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət