2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana $380 milyon 634,2 min dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 53,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-sentyabr aylarında ölkəyə 27,825 min ədəd minik avtomobili (artım 1,9 dəfə) gətirilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycana $42 milyon 338,5 min dəyərində (artım 1,8 dəfə) 5,583 min ədəd yük avtomobili (artım 3,7 dəfə), eləcə də $48 milyon 871,4 min dəyərində (artım 8 dəfə) 371 ədəd avtobus (artım 3,4 dəfə) gətirilib.
2018-ci ildə ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri ilk dəfə açıqlanıb. Ötən il respublikaya $407 milyon 634,8 min dəyərində minik avtomobilləri gətirilib ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. İdxal olunmuş avtomobillərin sayı 26,147 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.
2018-ci ildə Azərbaycana $33 milyon 241,6 min dəyərində (artım 2 dəfə) 2,3 min ədəd yük avtomobili (artım 1,9 dəfə), $15 milyon 874,8 min dəyərində (artım 43,4%) 297 ədəd avtobus (artım 60%) idxal olunub.*
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət