Müştəriyönümlu strategiyası ilə seçilən “Nar”, təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir. Mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini istənilməyən qoşulmalardan da qoruyur. Mobil operator arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün lazımi tədbirlər görür. Belə ki, “Nar” abunəçiləri narahat edə biləcək xidmət göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. Bu isə “Nar” abunəçilərinə yalnız şəxsi seçim əsasında ehtiyac duyduqları xidmətləri aktivləşdirmə imkanı verir.
“Müştərilərimizin istifadə etdikləri xidmətlər, eləcə də bu xidmətlərə qoşulma üsullarında tam şəffaflığın təmin edilməsi “Nar”-ın müştəriyönümlü strategiyasının əsas tərkib hissələrindən biridir. Məqsədimiz müştərilərimizi spam xarakterli arzuolunmaz qoşulmalardan qorumaqdır. Uzun müddətdir ki, biz bu istiqamətdə çalışırıq və hələ ötən il işlərimizin böyük bir qismini tamamlamışdıq. Bu gün isə böyük məmnuniyyətlə bildiririk ki, artıq bu göstəricini sıfır həddinə çatdırmağa nail olmuşuq. “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, hər zaman abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edəcək”, - deyə “Azerfon”un Kommersiya İdarəsinin direktoru Qəhrəman Kazımov bildirib.
Abunəçilər yarana biləcək istənilən sualla bağlı “777” qısa nömrəsinə zəng edərək 24/7 rejimində çalışan Müştəri Xidmətlərinə, “Nar”-ın “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, onlayn çata müraciət edə və qısa müddət ərzində sorğularına cavab ala bilərlər. Bundan başqa, “Nar+” mobil tətbiqinin “İstifadə tarixçəsi” bölməsindən də sərfiyyat haqqında lazım olan bütün informasiyanı əldə etmək mümkündür.
Qeyd edək ki, “Nar” həyata keçirdiyi müştəriyönümlü strategiya və təqdim etdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət