Azərbaycan və Rusiya qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən səmərəli istifadə etmək üçün qarşılıqlı işgüzar və investisiya mühitinin yaxşılaşdırılması üzərində işləməlidir. Bu sözləri Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
“Azərbaycan Respublikası postsovet məkanında ən dinamik inkişaf edən respublikalardan biridir. Makroiqtisadi sabitliyə nail olunub. Yeni iş yerləri açılır. Bütün bunlar ölkədə aparılan islahatların nəticəsidir. Azərbaycan prezidenti İlham Əliyev və onun komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni reallıqlarına və tələbatına cavab verən islahatlar həyata keçirməyi bacarıb”, – deyə o, “Moskva-Bakı” portalına müsahibəsində bildirib.
V.Matvienko əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hazırda çox yüksək səviyyədədir. “Hər iki ölkə əlaqələrin genişləndirilməsi və bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəal şəkildə işləyir. Aparıcı tendensiya hər yerdə eynidir: əməkdaşlığın dərinləşdirilməsi və effektivliyinin artırılması”, - deyə o qeyd edib.
Federasiya Şurasının rəhbəri deyib ki, zaman-zaman müəyyən problemlər ortaya çıxsa da, onlar öz həllini tapır. "Lakin bu problemlərdən heç biri tərəfdaşlığımıza maneə yaratmır, bu isə prinsipial olaraq əhəmiyyətlidir. Bir çox halda buna görə ölkələrimizin prezidentləri Vladimir Putin və İlham Əliyevə, onların müntəzəm təmasda olmasına və etimadlı ünsiyyətinə borcluyuq", - deyə o vurğulayıb.
V.Matvienko əlavə edib ki, Azərbaycan-Rusiya münasibətləri hazırda yüksələn xətt üzrə inkişaf edir. Regionlararası əlaqələrin inkişafı ikitərəfli münasibətlərin vacib elementidir. Rusiya-Azərbaycan Regionlararası Forumu bu istiqamətdə böyük rol oynayır. O, dialoq üçün unikal meydançadır. “Artıq Rusiyanın 70-dən çox regionu Azərbaycanla əməkdaşlıq edir. Hər il, hər forumla əlaqələrimiz güclənir, daha çox iddialı planlar həyata keçirilir", - deyə o bildirib.
Federasiya Şurasının sədri deyib ki, o və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 22-23 noyabr tarixlərində Moskvada keçiriləcək X Regionlararası Forumda iştirak edəcək. “Mən Mehriban Əliyevanın ölkələrimiz arasındakı münasibətlərin dostluq, tərəfdaşlıq xarakteri daşımasına yönəlmiş səylərini yüksək qiymətləndirirəm. Çoxəsrlik mehriban qonşuluq təcrübəsinə əsaslanaraq, biz onu qoruyur və inkişaf etdiririk", - deyə V.Matvienko söyləyib.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət