2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2,68 milyon turist gəlib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Turistlərin böyük hissəsini Rusiya və Gürcüstandan gələnlər təşkil edib. RF-dən 798 min nəfər (artım 6,1%, xüsusi çəki 29,8%), Gürcüstandan isə 593,5 min nəfər turist (artım 21,3%, xüsusi çəki 22,1%) gəlib.
Azərbaycana gələn turistlərin sayına görə TOP-beşliyə Yaxın Şərq ölkələri (314,5 min nəfər, xüsusi çəki 11,7%), Türkiyə (261,8 min nəfər, xüsusi çəki 9,8%) və İran da (219,3 min nəfər, xüsusi çəki 8,2%) daxildir.
Hesabat dövründə Yaxın Şərq ölkələrindən olan turistlərin sayı 4,7% azalıb, Türkiyədən gələn turistlərin sayı 7,7%, İrandan gələn turistlərin sayı isə 2% artıb.
Agentliyin məlumatına görə, cari ilin oktyabr ayında Azərbaycana 264 min nəfər səfər edib ki, bu da ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 24,7% çoxdur.
Onlardan 72,9 min nəfəri Rusiya (ötən ilin oktyabr ayı ilə müqayisədə artım 14,4%), 62,6 min nəfəri Gürcüstan (artım 18%), 21,8 min nəfəri İran (artım 74,3%), 28,5 min nəfəri Türkiyə (artım 24,7%), 23,4 min nəfər Yaxın Şərq ölkələrinin vətəndaşları (artım 29,1%) olub.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət