SOCAR və “Uzbekneftqaz” SC Avropada və digər ölkələrdə treyder əməliyyatları həyata keçirmək üçün birgə müəssisə yaradacaq. Bu barədə Özbəkistan holdinqinin məlumatında deyilir.
“Bu məsələ ötən gün SOCAR, “SOCAR Trading” (SOCAR-ın ticarət şirkəti, mənzil qərargahı İsveçrədə yerləşir – İF) və “Chemtrade LLC”-nin nümayəndələrinin “Uzbekneftqaz” SC-də görüşü zamanı müzakirə olunub. Tərəflər treyder əməliyyatlarının həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Görüş Özbəkistan konserninin İdarə Heyətinin sədri Bahodir Sidikovun oktyabr ayında Bakıya səfərinin yekunları üzrə əldə edilmiş razılaşma çərçivəsində təşkil olunub.
“Görüşün yekunları üzrə birgə müəssisənin tezliklə təsis edilməsi istiqamətində gələcək addımlar müəyyən edilib. Birgə müəssisə “Uzbekneftqaz” üçün Avropanın, eləcə də Özbəkistanla birbaşa nəqliyyat dəhlizlərinə malik olmayan digər ölkələrin ixrac bazarlarını mənimsəməyə imkan verən yeni istiqamət olacaq”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Özbəkistanın energetika nazirinin birinci müavini Jurabek Mirzəmahmudov və "Uzbekneftqaz" SC-nin İdarə Heyətinin sədri Bahodir Sidikovdan ibarət nümayəndə heyəti Bakıya səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparıb. Görüşdə Özbəkistanın neft-qaz və kimya məhsullarının "SOCAR Trading” vasitəsilə ixrac potensialının artırılması imkanları müzakirə edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət