Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov populyar Pikabu.ru portalında dərc etdiyi "Njde həmişə Rusiyaya qarşı mübarizə aparıb" adlı məqalədə Ermənistan KİV-nin nasist cinayətkar Qaregin Njdenin reabilitasiyası üzrə Rusiya-Ermənistan Komissiyasının yaradılması ideyasını kəskin tənqid edib.
“Nasist cinayətkar Njdenin reabilitasiyası üzrə birgə Rusiya-Ermənistan komissiyasının yaradılması ideyasında məni ən çox iki aspekt - cəhalət və həyasız təkəbbürlülük qıcıqlandırır. Bu ideyanın müəllifi və ya müəllifləri - istər Ermənistanın baş naziri Nikol Paşinyan, istərsə də Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan olsun - Njdenin həyat və yaradıcılığı barədə nəinki Rusiya, həm də Ermənistan tarix elminə gözəl məlum olan tarixi həqiqətləri bilmədiklərini nümayiş etdirirlər", - deyə Kuznetsov "İnterfaks-Azərbaycan" agentliyinə belə məqalənin dərc edilməsinin səbəblərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Ermənistan ictimai-siyasi həyatının bu iki personajı”ndan bir az daha savadlı olan erməni tarixçi və siyasətçilər yaxşı bilirlər ki, Njde Üçüncü Reyxin fəal əməkdaşı və fövqəlbəşər erməni haqqında Tsexakron nasist təliminin yaradıcısı olub və bunu heç vaxt gizlətməyə çalışmayıblar.
"Sadəcə ümumi Türkofobiyaya əsaslanan müasir erməni ictimai-siyasi düşüncəsi Njdenin Osmanlılarla mübarizəsini göylərə qaldırır, onun xüsusilə Böyük Vətən Müharibəsi illərində faşistyönümlü və anti-Rusiya fəaliyyətini isə şüurlu surətdə görmək istəmir”, - deyə o qeyd edib.
Kuznetsov vurğulayıb ki, erməni tərəfinin "tarixi həqiqətə heç cür uyğun olmayan (müəlliflərin özləri də bunu yaxşı bilirlər) əvvəlcədən düşünülmüş nəzər nöqtəsini Rusiya auditoriyasına zorla qəbul etdirmək istəməsi də onda qəzəb doğurub. “Kobud şəkildə desək, Ermənistan rəhbərliyi Rusiyadakı erməni diasporu vasitəsilə Rusiya vətəndaşlarını sadəlövh, maymaq - tənqidi düşünmək qabiliyyəti olmayan insanlar hesab edərək utanmadan onları əllərində oynatmaq üçün fəal şəkildə cəhdlər edir. Bu məsələdə erməni təbliğatının yönəldici ideyaları aydındır – Njde Ermənistanın gülünc və çirkin müasir dövlət ideologiyasının bütöv konstruksiyasının dayaq sütunudur, buna görə də Njde haqqında tarixi həqiqət Ermənistanın siyasi və maliyyə elitasının təhlükəsizliyinə təhdid kimi başa düşülür”, - deyə tarixçi vurğulayıb.
O əlavə edib ki, Rusiyada nasizmin qəhrəmanlaşdırılması mümkün deyil. Rusiya nasizmin bütün milli çalarlarında onun qalibi olub, qalibidir və qalibi olacaq və bu halda nasizmin “erməni çaları” da istisna deyil", – deyə O.Kuznetsov bildirib.*
A.Əzizov
Ter-Petrosyan və Rusiyanın Ermənistandakı səfiri Azərbaycandakı erməni əsirlər barədə danışıblar
Azərbaycan XİN RF Dövlət Duması üzvünün Qarabağa dair bəyanatını şərh edib
Əliyev: Azərbaycan İranla nəqliyyat və energetika sahələrində əməkdaşlığın dərinləşəcəyinə ümid edir
Azərbaycan fevralda “Transneft” sistemi vasitəsilə neftin tranzitini planlaşdırır
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək
Yanvarın sonunda Azərbaycanda onlayn Maliyyə və Texnologiyalar Sammiti keçiriləcək
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək