“NEQSOL Holdinq” şirkətlər qrupu “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.” tərəfindən uğurla maliyyələşdirilən və “Vodafone Ukrayna” şirkətinin səhmlərinin 100%nin alışının yekunlaşdığını elan edib.
Holdinqin məlumatına görə, “J.P. Morgan Securities Plc” şirkəti “NEQSOL Holdinq” şirkəti üçün maliyyə məsləhətçisi qismində çıxış edib. “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.” müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib.
Öncə “NEQSOL Holdinq” şirkətlər qrupu Rusiyanın “MTS” ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 milyon ABŞ dolları, o cümlədən 84 milyon ABŞ dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalayıb.
“NEQSOL Holding”in investisiya komandası “DLA Piper”, “PwC”, “Deloitte” və “Detecon” şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib.
“Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm. Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik", – məlumatda “NEQSOL Holding” şirkətlər qrupunun təsisçisi və sahibi Nəsib Həsənovun sözlərindən sitat gətirilir.
“NEQSOL Holding”in CEO-su Yusif Cabbarovun sözlərinə görə, qrup müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayens standartlarına uyğun fəaliyyət göstərir. “Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti Vodafone Ukraynanın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq", – o deyib.
"Biz regional telekomunikasiya sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq", - “J.P. Morgan Securities plc”-də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.
“NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək, 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Banqladeş və digər ölkələrdə fəaliyyət göstərir.
Hazırda qrupa Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” və “Nobel Upstream” şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən “Nobel Upstream” şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. “Nobel Oil Services” şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə, Qazaxıstan və Banqladeşdə fəaliyyət göstərir. Qrup “KCA Deutag”, “Wood” və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.
2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.
2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. “Norm” şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət