1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.
Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.
Atmosfer havasının mühafizəsi
Modernizasiya nəticəsində ölkədə istehsal olunan yanacağın keyfiyyəti AVRO-5 standartına çatdırılacaq ki, bu da nəqliyyat vasitələri tərəfindən atmosferə tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bu tipli tullantıların 80 faizindən çox hissəsi məhz nəqliyyat emissiyası nəticəsində əmələ gəlir, zavodun modernləşməsinin ətraf mühitə töhfə verəcəyi öz-özlüyünə aydın olar.
Layihənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinə görə, NEZ-də quraşdırılan yeni qurğuların və müasirləşdirilən köhnə avadanlıqların istismar olunması ilə Beynəlxalq Maliyyə Korporasiyasının (Dünya Bankı Qrupu) Neftin emalı üçün ətraf mühit, sağlamlıq və təhlükəsizlik təlimatları tətbiq ediləcək ki, bu da həm əhalinin sağlamlığının, həm də atmosfer havasının qorunması işinə müsbət təsir göstərəcək. Layihə çərçivəsində eyni zamanda təxirəsalınmaz tədbir olaraq, atmosferə atılan emissiyalara həm NEZ, həm də səlahiyyətli orqanlar tərəfindən daimi nəzarət edilməsi məqsədilə onlayn monitorinq sistemi qurulacaq. Hazırda sistemin tətbiqi ilə bağlı beynəlxalq ekspertlərlə müzakirələr aparılır və texnologiyalar araşdırılır. Bundan əlavə, yeni Məşəl qurğusunun inşa edilməsi də emissiyaların atmosfer havasına və əhalinin sağlamlığına göstərdiyi təsiri minimuma endirəcəkdir.
İstehsalat tullantı sularının müasir qurğular vasitəsilə təmizlənməsi
Zavod ərazisində müasir ekoloji tələblərə cavab verən mexaniki təmizləmə, bioloji təmizləmə və sanitar suların təmizlənməsi bloklarından ibarət yeni Çirkab Suların Təmizlənməsi Qurğusunun inşası modernizasiya layihəsinin əsas tərkib hissələrindən biridir. Hazırda tikinti meydançasında qurğunun inşa edilməsi üçün hazırlıq işləri həyata keçirilir. Qurğu üzrə istehsalçı şirkət artıq müəyyələşdirilib. Burada leysan suları üçün 2 ədəd ehtiyat su hovuzunun, həmçinin mexaniki və bioloji su hovuzlarının inşası da nəzərdə tutulub. Qurğuda çirkab suları beynəlxalq standartların tələbindən də aşağı qatılığa qədər təmizlənəcək. Tam yeni atqı xətti vasitəsi ilə istehsalat suları axın sürətinin güclü olduğu akvatoriyada böyük su həcmi ilə qarışacaq ki, bu da təmizlənmiş suların durulaşmasını təmin edəcək.
Həmçinin, qurğunun çıxışında onlayn monitorinq sisteminin quraşdırılması tələb olunan qatılığın nəzarətdə saxlanılmasını təmin edəcəkdir.
Səs-küy səviyyəsinin azaldılması
Yaşayış zonaları üçün sanitar normalarına uyğun olaraq səs-küyün gündüz saatlarında (07:00-22:00) 65 db (A), gecə saatlarında (22:00-07:00) isə 45 db (A) olaraq təmin edilməsi üzərində işlər aparılır. Səs-küyün azaldılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müasir qurğulardan və səs-boğuculardan istifadə ediləcək.
Tikinti zamanı yaranan torpaq tullantılarının idarə edilməsi
NEZ-in modernizasiyası və yenidənqurması layihəsi çərçivəsində sahənin hazırlanması zamanı 670 000 m3torpaq çıxarılmış və yenidənqurma işləri üçün zavod ərazisinin təqribən 32[IA1]hektarlıq sahəsi nəzərdə tutulmuşdur.
Keçmiş “Azərneftyağ” zavodunun ərazisinin “Ağ Şəhər” layihəsinə təhvil verilməsi
XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə Qara şəhərdə keçmiş Rusiya imperisyasının ən böyük neft emalı müəssisəsi olmuş "Azərneftyağ"zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət