“Fitch Ratings” beynəlxalq reytinq agentliyi aktivlərin keyfiyyətinin stabilləşməsinə və bankların kapitalına təzyiqin azalmasına baxmayaraq, Azərbaycanın bank sektorunu əvvəlki kimi zəif hesab edir.
“Aktivlərin keyfiyyətinin stabilləşməsinə və bankların kapitalına təzyiqin azalmasına baxmayaraq, bank sektoru zəif olaraq qalır”, - deyə agentlik bank sektorunun tənzimlənməsi sistemindəki dəyişikliklərə həsr olunmuş icmalında qeyd edir.
“Fitch”in qiymətləndirmələrinə görə, kredit və depozitlərin dollarlaşma səviyyəsi azalsa da, bu göstəricilər hələ də MDB-də ən yüksək göstəricilər olaraq qalır.
“Fitch” vurğulayır ki, 2019-cu il noyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev maliyyə sektoru tənzimləyicisinin (Maliyyə Bazarlarına Nəzarət Palatasının – İF) ləğv edilməsi və onun bütün tənzimləmə funksiyalarının Mərkəzi Banka verilməsi haqqında sərəncam imzalayıb. Agentliyin qiymətləndirmələrinə görə, bu qərar bank sektorunun tənzimlənməsi siyasətində müəyyən gözlənilməzliyə dəlalət edir.
Eyni zamanda, “Fitch” qeyd edir ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi səbəbindən yaranmış böhran dövründə 2016-cı ildə yaradılan Palata fəaliyyət göstərdiyi 3,5 il ərzində sektorun restrukturlaşdırılmasına, milli və xarici valyutada istehlak kreditləşməsinin məhdudlaşdırılması üçün qanunverici normativlər tətbiq etməyə nail olub. Bundan əlavə, Palata Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü irəli sürüb və yeni makroprudensial tələblər müəyyən edib.
Agentliyin qiymətləndirmələrinə görə, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi məsələsi dalana dirənib. Bununla belə, Azərbaycan hökuməti 2017-2018-ci illərdə ABB-ni yenidən təşkil etməyə və yeni biznes modelini tətbiq etməyə müvəffəq olub. Nəticədə ABB-nin qısamüddətli valyuta mövqeyi 2017-ci ilin sonuna olan $1,9 milyarda qarşı 2019-cu ilin birinci rübünün sonuna $1 milyarda qədər aşağı düşüb.
“Fitch” qeyd edir ki, neftin cari qiymətləri xarici buferləri bərpa etməyə kömək edib. Nəticədə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2018-ci ilin sonuna olan $38,5 milyarda qarşı 2019-cu ilin sentyabr ayının sonuna $42,5 milyarda çatıb. Azərbaycanın xalis xarici aktivləri ölkə üzrə ÜDM-nin 73%-ni təşkil edir və tədiyə balansının sabit müsbət saldosu belə aktivlərin gələcəkdə daha da artmasına səbəb ola bilər.
“Azərbaycan iqtisadiyyatı 2014-cü ildə başlayan neft şokundan sonra tədricən bərpa olunur. Nəticədə 2019-cu ilin 10 ayının yekunları üzrə ÜDM-in artım tempi 2,1% təşkil edib. İnflyasiya 2,6% səviyyəsindədir ki, bu da mübadilə məzənnəsini sabit səviyyədə saxlamağa imkan verir”, - deyə “Fitch” bildirir.*
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət