Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisindəki stendi sərginin “ən innovativ stendi” adına layiq görülüb. Bununla bağlı şirkət “Bakutel-2019” sərgisinin təşkilatçısı olan Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub.
Qeyd edək ki, AzerTelecom dekabrın 3-dən 6-dək davam edən sərgidə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramını və bu proqramın tərkib hissələri olan iri infrastruktur layihələrini təqdim edib.
Sərginin yerli və xarici iştirakçılarına şirkətin reallaşdırdığı “Digital Hub” proqramı, bu proqramın icra mərhələləri, ölkə daxilində və xaricində magistral infrastruktur quruculuğu, Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə magistral fiber-optik kabel xətlərinin çəkilməsi və beləliklə də Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunun formalaşması, Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi, Azərbaycanda iri Data mərkəzin tikilməsini və ümumilikdə ölkədə rəqəmsal ekosistemin qurulmasını layihələri barədə ətraflı məlumat verilib. Nəticədə, AzerTelecom şirkətinin stendi və təqdim olunan layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət