Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ildə Rusiya ilə iqtisadi münasibətlərin səviyyəsindən məmnundur.
“Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir”, - Əliyev bazar ertəsi Bakıda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Əliyev əlavə edib ki, 2019-cu ilin noyabr ayında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, “onlar yeni sahələri əhatə etsin”. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır”, - Azərbaycan prezidenti vurğulayıb.
Həmçinin, dövlət başçısı qarşılıqlı ticarət dövriyyəsinin artım tempindən mənumluq ifadə edib. “Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır”, - o əlavə edib.
Dövlət başçısı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun bərpa olunmasından məmnundur. Onun rəyinə görə, bu pavilyon “Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək”.
Əliyev vurğulayıb ki, əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. “Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var”, - Azərbaycan liderinin rəsmi saytında prezidentin sözlərindən sitat gətirilir.
“Görülən işə bu cür müsbət qiymət verdiyinizə görə sağ olun. Həqiqətən, cari rəqəmlərə nəzər salsaq, əmtəə dövriyyəsini və dinamikanı əks istiqamətdə müqayisə etsək, məsələn, bu il Avrasiya İqtisadi İttifaqı ilə bizim münasibətlərimizdə dinamika mənfidir, əmtəə dövriyyəsi bir qədər azalır. Buna görə, həqiqətən, Azərbaycanla təqribən 30% artım var. Bu, ümumiyyətlə, hər hansı ölkə ilə müqayisədə həqiqətən ən yüksək göstəricilərdən biridir. Doğrudan da baza bəlkə də bu qədər yüksək olmayıb və Hökumətlərarası Komissiya çərçivəsində mənim həmkarlarımla birlikdə həyata keçirdiyimiz ilk tədbirlər, sədlərin aradan qaldırılması, bazarlar açılması – bütün bunlar ciddi irəliləyişə nail olmağa və bu cür yaxşı nəticələr göstərməyə imkan verib”, - Maksim Oreşkin öz növbəsində bildirib.
Eyni zamanda, o “daha irəli getməyin” zəruriliyini vurğulayıb. “Buna görə biz burada, əlbəttə, əməkdaşlığın dərinləşdirilməsi üzərində işləyəcəyik. Çünki bunlar, sadəcə, sədlər deyil, bunlar müştərək layihələr məsələləri və əlavə dəyər zənciridir. Bu gün biz kənd təsərrüfatına dair proqram imzalayacağıq. Həmin proqram təkcə kənd təsərrüfatına deyil, onunla bağlı bütün məsələlərə aiddir. Ona görə də bu cür kompleks məsələlər və ya, deyək ki, tranzit məsələsi, Rusiya ilə Azərbaycanın birlikdə inkişaf etdirdiyi bir neçə tranzit yol buraya aiddir. Tranzit axınının artması üçün hər yerdə növbəti addımlar atılmalıdır. Biz burada daha çox, daha ciddi artım görürük. Burada müsbət rəqəmlər var. Buna görə biz bütün bunların üzərində işləyəcəyik”, - nazir qeyd edib.
Oreşkin əlavə edib ki, bu gün Bakının qəsəbəsində əczaçılıq zavodunun açılışı olacaq. “Keçən dəfə biz avtomobil zavodunun təməlini qoyduq. Bu gün helikopterlər üçün xidmət mərkəzinin təməlinin qoyulmasını planlaşdırırıq. Hər dəfə nə isə bir layihə, irəliyə doğru nə isə yeni bir hərəkət olur. Əlbəttə, biz burada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının fəal işini görürük. Çünki layihələrin sayı artır və biz öz tərəfimizdən həmin layihələri dəstəkləmək üçün nə lazımdırsa edirik. İnnovasiya istiqaməti, sizin xatırlatdığınız altıncı “yol xəritəsi” çox mühüm istiqamətdir. Siz bizim nümayəndə heyətinin tərkibinə nəzər salsanız, bu gün mənimlə üç nazir müavini gəlib. Çünki, bu, reallaşan layihələrin sayını və hansı miqyasda layihələri həyata keçirməli olduğumuzu göstərir”, - rusiyalı nazir bəyan edib. **
A.Əzizov
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət