Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb. Sertifikat “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib.
Şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.
“Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb. Bu il beynəlxalq nüfuza malik olan “Ookla” şirkəti növbəti dəfə Bakcell şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut etmişik!”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Belə ki, Bakutel 2019 ərzində Bakcell stendinə gəlmiş minlərlə qonaq Bakcell şəbəkəsinin üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə taniş olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan “AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün “Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək imkanını qazanıb.
“Bakcell”in “Bakutel 2019” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz: https://youtu.be/MsdgGbZHJ94
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,www.bakcell.cominternet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçünwww.bakcell.com/az/news(və ya İngilis dili üçünwww.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət