Dünya Bankı (DB) 2020-ci ildə Azərbaycana $150 milyona yaxın məbləğdə kreditin ayrılmasını təsdiq edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Hazırda DB ilə Azərbaycan hökuməti arasında iki layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır. Bank bu layihələrin həyata keçirilməsi üçün $150 milyona yaxın məbləğdə kredit ayıra bilər. Maliyyələşmənin 2020-ci ildə təsdiqlənməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Xüsusilə DB məşğulluğun dəstəklənməsi üçün $100 milyon həcmində kredit ayırmağı planlaşdırır. "Bu layihə üçün kreditlə bağlı rəsmi danışıqlar gələn ilin yanvar ayına, kreditin təsdiqlənməsi isə 2020-ci ilin birinci yarısına planlaşdırılıb", - deyə məlumatda qeyd olunur.
Bundan başqa, DB Azərbaycanın ədliyyə sistemində islahatların davam etdirilməsi üçün əlavə olaraq $50 milyona yaxın məbləğdə kredit ayırmağı planlaşdırır. “Rəsmi danışıqlar gələn ilin birinci rübünün sonunadək, kreditin təsdiqlənməsi isə gələn il ərzində baş tuta bilər. Kredit vəsaitlərinin elektron məhkəmə sisteminin inkişafına, müvafiq İT avadanlıqlarının alınmasına yönəldilməsi nəzərdə tutulur", - deyə bankdan vurğulayıblar.
Məşğulluğa dəstək layihəsi Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib.
Layihə üç komponentdən ibarət olacaq: özünüməşğulluq proqramının əhatə dairəsi və səmərəliliyinin artırılması; işlə təmin etmə xidmətlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi; layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,4 mlrd. məbləğində kredit ayırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət