“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “RYD” ASC-nin baş direktoru-İdarə Heyətinin sədri Oleq Belozyorov əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə RYD-dən məlumat verilir.
“Tərəflər Rusiya ilə Azərbaycan arasında yük daşımalarının həcmində mühüm artım olduğunu qeyd ediblər: cari ilin 11 ayı ərzində bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 26,7% təşkil edib. Bu nəticənin əldə olunmasına imkan yaradan amillərdən birinin elektron məlumat mübadiləsinə keçid olduğunu bildirilir”, - məlumatda qeyd olunur.
Belozyorov həmçinin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında yük daşımalarının inkişafına gələcəkdə daşıma prosesinin rəqəmsallaşması, həmçinin dəmir yolu infrastrukturunun modernləşməsi imkan yaradacaq.
“Rusiyadan ixrac yüklərinin daşınması, həm də Rusiyanın dəmir yolları ilə yüklərin tranzitinə xüsusi tariflər müəyyən edilib”, - Belozyorov bildirib.
Bundan əlavə, tərəflər “Rusiya Federasiyasının Uzaq Şərq limanları-Azərbaycan” müntəzəm konteyner qatarının təşkili imkanını müzakirə ediblər.
O cümlədən, söhbət zamanı Cavid Qurbanov və Oleq Belozyorov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində qarşılıqlı əlaqələrə diqqət ayırıblar.
ADY-nin mətbuat xidməti qeyd edib ki, tərəflər Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə ediblər.
“Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib. Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda, daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur”, - ADY-dən vurğulanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət