Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların alternativi yoxdur. Bunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib.
“Danışıqlar yolu ilə sülhə nail olmaq – çox mürəkkəb prosesdir. Biz olmadan heç kəs bu münaqişəni həll edə bilməz. Bütün variantlar masa üzərində olmalıdır. Əsas məsələ - bundan sonra nə olacaq? Münaqişənin həlli üçün strateji dözümə malik olmaq lazımdır. Danışıqlar prosesinin dayandırılacağına inanmıram. Düşünürəm ki, sağlam düşüncəlik Ermənistan tərəfini tərk etməyəcək. İnanmıram ki, onlardan kimsə danışıqlar prosesindən çıxmaqda maraqlıdır. Biz də hər zaman bu barədə danışırıq (süıh danışıqlarının zəruriliyi barədə - İF)”, - Məmmədyarov Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin hərəkətləri və bəyanatlarında çox zaman emosiyalar üstünlük təşkil edir. “Ermənistan tərəfinin hərəkət və bəyanatlarının 99%-i emosiyalara əsaslanır. Danışıqlar prosesi cəmiyyət daxilində, həm Ermənistanda, həm də Azərbaycanda əhval-ruhiyyəni əks etdirməlkidir. Bu bir mənalı olaraq təbii prosesdir. Həm Azərbaycanda, həm də Ermənistan yüksək səviyyədə gərginlik var. Biz öz tərəfimizdən anlamırıq, nə üçün Ermənistan tərəfi Qarabağın erməni icmasına Azərbaycan icması ilə ünsiyyət saxlamağa icazə vermir”, - nazir qeyd edib.
Məmmədyarov vurğulayıb ki, hətta hərbi əməliyyatların bərpası halında “danışıqlar prosesi davam etməlidir, çünki müharibə daima davam edə bilməz”.
Eyni zamanda, o əlavə edib ki, Ermənistan tərəfinin emosiya və stereotipləri mənfi fon yaradır və irəliləməyə mane olur. “Mən hər zaman Ermənistan tərəfinə, həmçinin jurnalistlərə sual verirəm: mənə bircə arqument gətirin, Azərbaycanla münaribədən nə udmusunuz? Siz daha yaxşı yaşamağa başlamısınız yoxsa layihələrə qoşulmusunuz? Buna görə sadə erməni vətəndaşlarının qəlbinə yol tapmaq vacibdir”, - o qeyd edib.
Nazir əlavə edib ki, erməni həmkarı ilə danışıqlar zamanı “konkret və real məqamlar” müzakirə olunur.
Məmmədyarov vurğulayıb ki, Ermənistan tərəfi ilə danışıqlar zamanı müxtəlif sənədlər meydana çıxıb, sonuncusu “Lavrovun planı”dır. “Lavrovun planı” - təqribən iki il öncə Moskvada aparılan sıx müzakirələrin nəticəsidir. Lakin yenə də “Madrid prinsiplərinə” əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 9 mart 2019-cu il tarixli bəyanatı var. Burada həmsədrlərin danışıqlarda irəliləyin olması üçün fikirləri öz əksini tapıb. Mahiyyəti çox sadədir – mərhələli şəkildə. Birinci mərhələdə qoşunların çıxarılması, Azərbaycan əhalisinin qayıdışı, təhülkəsizliyin təmin olunması, kommunikasiyaların təşkili. Bu səbəbdən bizim Ermənistan tərəfinə təklifimizi “tərəqqi perspektivli sülh” kimi xarakterizə etmək olar”, - nazir vurğulayıb.
Məmmədyarov əlavə edib ki, Azərbaycan həmsədrlərdən təhlükəsizlik məsələsinə dair hesabat hazırlamağı xahiş edib. “Biz bu məsələni ətraflı müzakirə etmişik. Ermənistan XİN rəhbərinin sözlərinə görə, onlar üçün status və təhlükəsizlik vacibdir. Statusun nə olduğu aydındır, bəs təhlükəsizlik nə deməkdir? Həmsədrlər də bu məqamı anlamaq istəyirlər. Azərbaycan əhalisi azad olunan rayonlara qayıtdığı zaman təhlükəsizlik formulası olmalıdır. Qarabağın erməni əhalisi – bizim vətəndaşlardır və onkların təhlükəsizliyi tam təmin ediləcək. Bu bizim anlayışımızdır, bəs Ermənistan tərəfinin anlayışı nədən ibarətdir?”, - Azərbaycan XİN başçısı bildirib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət